RU

Premyer Liqa: “Turan Tovuz” mövsümə qələbə ilə başladı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ilk turun ikinci oyun gününə Şamaxıda start verilib.

Burada “İmişli” “Turan Tovuz”u “qəbul edib”. Qarşılaşmanı Kamal Umudlu idarə edib. Tovuzlular yalnız matça əlavə edilmiş dəqiqələrdə fərqlənməklə mövsümə uğurlu start veriblər.

Günün digər oyunu “Neftçi” ilə “Şamaxı” arasında baş tutacaq. Elçin Məsiyevin idarə edəcəyi görüş “Neftçi Arena”da keçiriləcək.

İlk turun qalan görüşləri avqustun 17-də və 19-da keçiriləcək. Premyer Liqanın 1-ci turunun “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb. Bu qarşılaşmanın hansı tarixdə keçiriləcəyinə hələ rəsmi qərar verilməyib.

Premyer Liqa
1-ci tur
16 avqust

“İmişli” – “Turan Tovuz” 0:1
Qol: Roberto Olabe, 90+9.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Cəfərli, 94. Rafael Vyeqas, 14. Ronaldo Rodriqes, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Junior.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Xorxe Kaşkilya.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 23. Alexandro Serrano, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdıyev.

Избранный
105
37
arena.az

10Источники