Rusiya Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə veto qoymaq haqqına malik ola bilməz.
Leqal.info xəbər verir ki, bu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, İtaliyanın Baş naziri Corcia Meloni, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Finlandiya prezidenti Aleksandr Stubb və Polşanın Baş naziri Donald Tusk tərəfindən verilən müştərək bəyanatda qeyd olunub.
Bəyanata əsasən, Avropa liderləri Tramp-Putin-Zelenski üçtərəfli görüşünün keçirilməsini dəstəkləməyə hazırdır.
Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarıdır və Ukrayna ordusunun üçüncü ölkələrlə əməkdaşlığına heç bir məhdudiyyət qoyulmamalı olduğunu bəyan edir.
“Rusiya Ukraynanın Aİ və NATO-ya üzvlüyünə heç bir veto qoymaq hüququna malik olmamalıdır.
Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və Ukrayna öz ərazisi ilə bağlı qərarları özü verməlidir”- bəyanatda bildirilib.
Aİ-nın Ukraynaya dəstəyinin davam edəcəyi də bəyanatda qeyd olunub.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта