RU

Ərdoğandan Tramp-Putin görüşünə MÜNASİBƏT

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderlərinin Alyaskada apardığı danışıqları alqışlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“ABŞ prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüş Rusiya və Ukrayna arasında müharibəyə son qoymağın yollarının axtarışına yeni təkan verib”, - o yazıb.

Türkiyə liderinin sözlərinə görə, Ankara Ankoric sammitini alqışlayır və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə baş tutacaq bu yeni prosesin davamlı sülhün əsasını qoyacağına ümid edir.

Bundan əlavə, Ərdoğan Türkiyənin Ukraynada sülhün bərqərar olması üçün “hər cür köməyi göstərməyə” hazır olduğunu bəyan edib.

Избранный
38
publika.az

1Источники