Misli Premyer Liqasının I turunda "Neftçi" evində "Şamaxı"ya xal itirib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov 1:1 hesabla yekunlaşan matçı şərh edib:
"Mövsümün ilk oyunu idi. Çətin idi. Futbolçularımın göstərdiyi performansdan razıyam. Uşaqlar sona qədər çalışdılar. Qapımızda iki təhlükəli vəziyyət oldu, ikisi də standart vəziyyətdən idi. İkinci hissədə rəqib tamamilə müdafiəyə oturmuşdu. İlk hissədə Sambunun qol şansı oldu. Ortis qapıya düşə bilmədi. Rezabalanın da imkanı oldu. Yeni komandayıq. Birlikdə ilk oyunları idi. Qələbələr gəldikcə daha da yaxşı olacağıq. Rza zədəli idi. 2 gündən öncə sıradan çıxıb".