RU

Rəqsanənin vəkili danışdı: "Bu suallara cavab verə bilmərəm" 

Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Moderator.az xəbər verir ki, Rəqsanə İsmayılovanın vəkili İlqar Rüstəmov məsələ ilə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

- Rəqsanə xanım Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunur? O, özünü təqsirli bilirmi?

- Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur.

- İddia olunan dələduzluq hadisəsi nə zaman baş verib? Şikayətçilər kimlərdir?

- Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamamız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır.

- Rəqsanə xanım ifadə verib?

- Bəliifadə verib və özünü təqsirli bilmədiyini söyləyib.

- Mübahisənin predmeti nədir?

- Pul məsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb.

- Rəqsanə xanım pulu nə məqsədlə alıb?

- İstintaq sirri olduğuna görə bu suallara cavab verə bilmərəm.

- Rəqsanə xanım Rusiyada yaşayırdı. Onun Azərbaycana qayıdışının barəsindəki ittihamlarla əlaqəsi varmı?

- Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil.

- Bir müddət əvvəl Rəqsanə xanımın həyat yoldaşından ayrılması barədə xəbərlər yayılmışdı. Onun boşanması ilə həbsi arasında əlaqə varmı?

- Bu barədə məlumatım yoxdur.

- Rəqsanə xanım hazırda harada saxlanılır?

- Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib.

- Bəs bununla əlaqədar apellyasiya şikayəti veriləcək?

- Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik.

- Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Rəqsanə İsmayılova ilə görüşmüsünüz?

- Bəli.

- Əhvalı necədir?

- Əladır.

- Rəqsanə xanım istintaq təcridxanasına nə zaman köçürüləcək?

- Bu, müvafiq orqanların işidir. Yəqin ki, yaxın günlərdə köçürüləcək.

Избранный
81
2
moderator.az

10Источники