RU

Merts: "ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır"

"ABŞ Avropa ölkələri ilə birlikdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır".

Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.

"ABŞ bu cür təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır və bunu yalnız avropalıların öhdəsinə buraxmır", - kansler vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, avropalılar da öz növbəsində, uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə öz töhfələrini verməlidirlər.

Merts həmçinin Rusiya Prezidenti Vladimir Putin, Tramp və Volodimir Zelenski arasında üçtərəfli görüşün mümkün qədər tez baş tutmalı olduğu barədə fikrini ifadə edib.

Xatırladaq ki, avqustun 15-də Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında Prezidentlər - Putin və Tramp arasında görüş baş tutub.

 

Избранный
107
50
hurriyyet.az

10Источники