RU

“Səfərdə “Neftçi”dən bir xal almaq bizi sevindirir”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Şamaxı” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İlk turdan “Neftçi” kimi komandaya qarşı səfərdə oynamaq çətindir. Birinci matçlarda komandaları təhlil etmək asan deyil Buna baxmayaraq, futbolçulardan razı qaldım. İlk hissə daha çox hücumlarla yadda qaldı. İkinci hissədə rəqibin üstünlüyü vardı və futbolçularda yorğunluq hiss olundu. Daha yaxşı olmaq istəyirik. Səfərdə “Neftçi”dən bir xal almaq bizi sevindirir. Bu il daha yaxşı olmaq, oyunçularımızın inkişaf etməyini istəyirik. Çalışmalı, əziyyət çəkməliyik.

– Hiss olunurdu ki, heyətin geniş olmaması gələcək matçlarda çətinlik yarada bilər. Transferlər olacaq, ya büdcə yyoxdur?

– Ehtiyat qüvvəmiz daha çox gənclərdir. Belə deyək, çəkinmədən onlara şans verəcəyik. Onların oyunu ilə digərlərininki arasında fərq olacaq. Heyətimiz qarşıya qoyulan hədəfə çatmağa imkan verir. Bizim də büdcəmiz çox olsaydı, digər komandalar kimi 15-16 futbolçu gətirərdik. Rəqabətdə uduzuruq, amma klub olaraq qarşımıza başqa hədəflər qoymuşuq. Məşqçi olaraq mən də yuxarı sıralar üçün oynamaq istərdim, amma hədəfimiz klub olaraq indi bu deyil.

– Ötən mövsüm üzə çıxan Edqar Ədilxanovun bu gün ehtiyatda qalması nə ilə bağlı idi?

– Edqar əsas oyunçumuzdur. Toplanışda son oyunlarda heyətdə dəyişiklik edirdik. Son oyunda özünü yaxşı göstərənlərə şans verdik. Edqarın mövqeyində güclü rəqabət var. Bizi tam qane etmək üçün çox çalışmalıdır.

– Səfərdə birinci qolu vurmaq sizə üstünlük qazandırdı. Gələcək matçlarda belə taktikalardan istifadə edəcəksiniz?

– Məqsədimiz qol vurmaqdır. Birinci hissədə, ikinci hissədə, düşən epizodlarda fərqi yoxdur. Bilirdik ki, qoldan sonra “Neftçi”nin rəzyiqi artacaqdı. Heyətdə dəyişikliklər etdilər. Rezabala ikinci hissədə bizə çox başağısı verdi. İkinci qolu vura bilsəydik, tam başqa cür ola bilərdi. Bizdən üstün rəqiblərə tez qol vurmaq bizə psixoloji üstünlük verir. Futbolçularımı təbrik etdim ki, son 10 dəqiqədə “Neftçi”nin təzyiqinə dözdülər. Ötən mövsüm son dəqiqələrdə çox qollar buraxmışdıq. Rüfət, Vladislav, eynilə təzə gələn oyunçular soyuqqanlıdırlar. Əsas məqam təslim olmamağımızdır.

– Elçin Məsiyevlə azı iki dəfə sərt mübahisə yaşadız. Bu, nə ilə bağlı idi?

– Məsiyevi əvvəlcə təbrik etdim. Bizim qürurumuzdur, bizi UEFA-da təmsil edir. Ondan xahiş etdim ki, qızıl medal alan hakimsən, folları az ver. O da sarı vərəqə verdi. Oyunun stressindən irəli gələn şeylər var idi.

– Heyətdə 2 yerli oyunçu var idi. U-21 yığmasının da baş məşqçisisiniz. Bu durum sizi narahat etmir?

– Yerli futbolçu çox oynamalıdır. Amma durum var… mən də ayaqlaşmalıyam. Düzdür, əsas heyətdə 2 yerli oyunçu var idi, amma sonradan daxil olanların əksəriyyəti gənc idi. Qərarlar verilib və buna köklənməliyik. Bu mövsüm yeniliklər çoxdur özümə də maraqlıdır. Atmosferi sonacan kim necə saxlayacaq. İlin sonunda qərarları müzakirə etmək olar.

– Heyəti quranda nə qədər “Şamaxı”nı düşünsəniz də, U-21-ə gedəcək oyunçuların praktikasının olmasını da düşünürsünüz. Bu, üzərinizdə ikiqat təzyiq yaradır?

– Daxilimdə olan mübarizədir. Amma yenə deyirəm, düşünəcəyik. Ötən mövsüm U-21in məşqçisi deyildim, amma gəncləri üzə çıxardıq. Oyundan-oyuna risklər edəcəyik. Amma “Şamaxı”nın da mövqeyini qorumalıyıq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
50
futbolpress.az

10Источники