RU

Müğənni Rəqsanə İsmayılova HƏBS EDİLDİ: Onu hansı cəza gözləyir?

Vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan müğənni Rəqsanə İsmayılovanın təqsiri sübuta yetirilərsə, o, azadlıqdan məhrum edilə bilər.

Bu sözləri Oxu.Az-a açıqlamasında hüquqşünas Pərviz Hacıyev deyib.

O bildirib ki, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə – xüsusilə külli miqdarda dələduzluq əməli törədilmə ilə təqsiri sübuta yetirildikdə, o, 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilər:

“Şəxsin barəsində qanunun qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, şəxs təqsirsiz sayılır və təbii ki, istintaq getməlidir, araşdırılmalıdır.

Dələduzluq, aldatma, etibardan sui-istifadə etməklə özgəsinin əmlakını və pulunu ələ keçirmək deməkdir. Burada istintaq sübuta yetirməlidir ki, Rəqsanə İsmayılova aldatma və yaxud da etibardan sui-istifadə etməklə şəxslərin əmlakını, yaxud pullarını xüsusilə külli miqdarda ələ keçirib, yəni burada tərkib olmalıdır”.

Onun sözlərinə görə, bəzən dələduzluq ilə mülki məsələni qarışdırırlar:

“Məsələn, kimdənsə borc alınaraq geri qaytarılmaması dələduzluq sayılmır. Hansısa işin qurulması məqsədilə bağlanmış müqavilə qarşılığında pul alına bilər. Bunların hamısı araşdırılmalıdır.

Dələduzluqda şəxsin etibarından sui-istifadə etməklə pulu alınaraq ələ keçirilir. Hansısa işi görmək üçün pul alınır, amma məqsəd iş görmək deyil, sadəcə pulu ələ keçirməkdir. Şəxs deyə bilər ki, o vəd verir ki, iş quracaq, bununla bağlı pul götürür, amma onun buna səlahiyyəti yoxdur. Rəqsanə İsmayılova xüsusilə ağır cinayətdə ittiham olunduğuna görə, ilkin olaraq həbs müddəti 4 aydır. Hazırda istintaq getməlidir. İstintaq müddətində sübutlar toplanmalıdır. Təsdiq olunmalıdır ki, şəxsin niyyəti etibardan sui-istifadə ilə pul ələ keçirmə olub”.

Hüquqşünasın sözlərinə görə, əgər ittihamın verdiyi dəlillər məhkəmədə araşdırma zamanı sübuta yetirilməsə, şikayətlərin əsassız olduğu müəyyən edilsə, bəraət verilə bilər:

“Cinayət Məcəlləsinin 178-ci maddəsinin 1,2,3-cü hissələrində dəymiş ziyanın hissəsini ödəməklə müəyyən məbləğini dövlət mülkünə keçirməklə bəraət verilir. Amma 178.4-cü maddədə elə bir tədbir yoxdur.

Məhkəmə gedişatında, yaxud istintaq zamanı onlar ərizə verirsə ki, Rəqsanə İsmayılova dəyən ziyanı ödəyib, ondan artıq heç bir şikayət yoxdur, təbii ki, belə olan halda məhkəmə cəza təyin edərkən 70-ci maddəni tətbiq edib şərti cəza da verə bilər. İşin hallarından asılı olaraq sanksiyada nəzərdə tutulan minimum cəza da verə bilər”.

Избранный
31
50
editor.az

10Источники