RU

“Neftçi” yeni mövsümə xal itkisi, “Turan Tovuz” qələbə ilə başladı

Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turu davam edir.

KONKRET.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçirilib.

Günün ilk qarşılaşmasında “İmişli” Şamaxıda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma tovuzluların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada isə “Neftçi” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkib. Bu qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə bitib.

Misli Premyer Liqası

1-ci dövrə, 1-ci tur

16 avqust (şənbə)

20:00. “Neftçi” – “Şamaxı” – 1:1

Qollar: Karim Rossi, 23 (0:1), Emin Mahmudov, 45+2 – pen. (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
“Neftçi Arena”

17:00. “İmişli” – “Turan Tovuz” – 0:1

Qol: Roberto Olabe, 90+9
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu

17 avqust (bazar)

20:30. “Sumqayıt” – “Kəpəz”

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan”

15 avqust (cümə)

“Karvan” – “Qəbələ” – 1:1

Qeyd edək ki, ilk turun “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.

№ Klublar O Q H M VQ BQ TF X
1. Turan Tovuz 1 1 0 0 1 0 1 3
2. Neftçi 1 0 1 0 1 1 0 1
3. Şamaxı 1 0 1 0 1 1 0 1
4. Qəbələ 1 0 1 0 1 1 0 1
5. Karvan 1 0 1 0 1 1 0 1
6. Araz-Naxçıvan 0 0 0 0 0 0 0 0
7. Kəpəz 0 0 0 0 0 0 0 0
8. Qarabağ 0 0 0 0 0 0 0 0
9. Zirə 0 0 0 0 0 0 0 0
10. Sabah 0 0 0 0 0 0 0 0
11. Sumqayıt 0 0 0 0 0 0 0 0
12. İmişli 1 0 0 1 0 1  -1 0
Избранный
127
23
konkret.az

10Источники