RU

Bəzi futbolçuların gözlənilməyən anda sıradan çıxması planları pozdu Samir Abasov

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Neftçi" Misli premyer-liqasının ilk turu çərçivəsində evdə keçirilən oyunda "Şamaxı"yla heç-heçə etdi - 1:1."Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Heyətdə bəzi dəyişikliklər edilib. Ötən mövsüm demişdiz ki, komandanı mən yığmamışam. Rza Cəfərov bumövsümkü heyətdə yer almayıb. Bəzi mütəxəssislər ona qarşı haqsızlıq olduğunu düşünür. Onun komandadan gedəcəyi haqda fikirlər də var. Rzaya qarşı ədalətsizlik varsa, bu məsələnin harasındasız?- Rza iki gün bundan əvvəl zədələndi. Məhz bu səbəbdən heyətdə yox idi.- Birinci hissədə oyunçuların rəqibin hücumlarının qarşısında çaşqın olduğu hiss edildi. İkinci yarıda "Şamaxı"nın müdafiə xəttini yara bilmədiz. Görünür, "Neftçi" ötən mövsüm qaldığı yerdən davam edir. Yanılıram, yoxsa bizi sürprizlər gözləyir?- Mövsümün birinci oyunu idi. Heyətdə xeyli dəyişiklik edən komanda üçün çox çətin olur. Futbolçularımın göstərdiyi oyundan razıyam. Sona qədər qalib gəlmək istəyirdilər. Rəqib ilk təhlükəli epizoddan maksimum yararlandı. Futbolçularımın çaşqınlıq yaşadığı başqa hansısa epizod xatırlamıram. "Şamaxı" müdafiə olundu. Üslubları belədi. Yeni gələn oyunçuların çəkdiyi çətinliyi anlayışla qarşılamalıyıq. Zaman lazımdı. Qələbələr qazandıqca daha yaxşı olacağıq. Bugünkü qalib gəlmək istəyinə görə futbolçulara təşəkkür edirəm.- Bəs, narazı qaldığınız məqam hansı idi?- Komandamdan narazı qaldığım məqam olmadı. Təbii ki, mütəxəssislər, azarkeşlər fərqli düşünə bilər Üzüldüyüm məqam matça başqa cür hazırlaşmağımız idi. Ancaq sağ və sol cinah vingerləmiz məqşlərdə zədələndi.- Piriçin qol buraxdığı epizodda mövqe seçimindən narazı qaldız? Ona hansısa irad bildirdiz?- Oyundan dərhal sonra irad bildirmək doğru olmaz. Oyun təhlil ediləcək. Piriç təcrübəlidi, yaxşı ilə pisi ayırd edə bilir.- Bir neçə gün əvvəl demişdiz ki, harda boşluqlar olduğunu desəm, menecerlər telefonuma təkliflər göndərəcək. Bugünkü oyundan sonra həmin təkliflər gələ bilər?- Düşünmürəm. Sözdü, deyirik. Komandamdan çox razı qaldım. - Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Piriç gəlib, kapitanlar arasında iki qapıçı olsa da, onun adı yoxdu. Rza ötən mövsüm kapitan idi. Həm də millimizin qolkiperidi...- Əvvəl demişdim, yenə deyim: üç yaxşı qapıçımız var. Rəqabət artıb. Xatırlayırsızsa, bura gələndə kapitanlıqla bağlı söz-söhbət var idi. Rzanı kapitan təyin etdim ki, ara sakitləşsin. İstədim ki, danışılan futbolumuz olsun. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. "Neftçi"nin kapitanı Emindi. Vitse-kapitanları da var. Onların meydanda və meydandan kənarda gördüyü işlərdən çox şey asılıdı. Bu söhbəti bağlamaq lazımdı. Rza bizim üçün dəyərlidi.- Sizə istədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdı? Cari mövsüm bəs edəcək?- İnşallah, bəs edəcək. Avrokuboklarda çıxış etmək istəyirik. Sistem beynimizdə hazırdı. Buna uyğun məşqlər edirik. Sadəcə, bəzi futbolçuların gözlənilməyən anda sıradan çıxması planları pozdu.- İştirak ərizəsində Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adı yoxdu. Bu məqam onlarla yolların ayrılacağına işarədi?- Bu haqda klubun rəsmi saytında məlumat veriləcək. Həmin futbolçularla gələcək planlar haqda danışmışıq.- "Neftçi" büdcəsi və heyəti baxımından "Şamaxı"dan üstündü. Amma sizi qarşıda daha gərgin mübarizə gözləyir. Favorit "Qarabağ" var. Çempionluğa iddialı komandaların sayı artıb. Sizcə, "Şamaxı"yla heç-heçə edən "Neftçi"nin daha güclü komandalara gücü çatacaq?- Müqavimət göstərməyə gücümüz də var, yaxşı komandamız da. Meydana qələbə qazanmaq üçün çıxırıq. Bizi qarşıda uzun marafon gözləyir. Qalan komandalar da xal itirəcək. Bu, normaldı.- Topa nəzarət edən komanda "Neftçi" idi. Lakin hücumlar cərimə meydançasında dayanırdı - bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsız?- Razıyam ki, bu problemin varlığı hiss edildi. Ancaq sıx müdafiə olunan "Şamaxı"ya qarşı təhlükəli epizodlar yarada bildik. Çalışacağıq ki, çatışmazlıqları aradan qaldıraq.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
129
42
icma.az

10Источники