RU

“Barselona” PSJ-nin ulduzunu transfer edə bilər

PSJ-nin hücumçusu Dezire Due yaxın gələcəkdə “Barselona”ya keçə bilər.

90deqiqe.Az-ın "Indykaila News"a istinadən məlumatına görə, “Barselona” bu yaxınlarda yeni layihəsini gənc futbolçuya təqdim edəcək və 20 yaşlı futbolçunun transferi üçün danışıqlara başlayacaq.

Klub rəhbərliyi hesab edir ki, Due və Yamalın birgə iştirakı komandaya Avropa futbolunda üstün mövqelərə qayıtmaq imkanı verəcək.

Ötən mövsümdə Due bütün turnirlər daxil olmaqla 61 oyunda iştirak edib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib. Fransız futbolçunun PSJ ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Transfermarkt portalı Duenin dəyərini 90 milyon avro qiymətləndirir.

Избранный
39
42
90deqiqe.az

10Источники