Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İfaçının vəkili İlqar Rüstəmov məsələ ilə bağlı "Teleqraf"ın suallarını cavablandırıb. O, bunları deyib:
"Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur. Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamağımız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır. İfadə verib və özünü təqsirli bilmədiyini söyləyib.
Pul məsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb. İstintaq sirri olduğuna görə bu suallara cavab verə bilmərəm. Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil. Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib".
Vəkil əlavə edib ki, apellyasiya şikayəti veriləcək:
"Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik. Yəqin ki, yaxın günlərdə təcridxanaya köçürüləcək".
10Источники
-
pravda.azMəscidin qarşısında həmkəndlilərini döyən qardaşların elektron qolbaq cəzası ləğv edildi ( 20435541)
-
pravda.azMəhkəmə qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxslə bağlı qərar çıxardı ( 20435187)
-
mynews.azRəqsanənin vəkili danışdı:“Məhkəmədə bəraət alacağımızı düşünürük” ( 20430654)
-
azia.azRəqsanənin saxlanma səbəbinin detalları məlum oldu-VƏKİL DANIŞDI ( 20419350)
-
demokrat.azRəqsanənin vəkili danışdı ( 20416119)
-
infoaz.wsRəqsanənin vəkili danışdı ( 20415900)
-
pravda.azRüşvətdə günahlandırılan vəzifəli şəxslərlə bağlı qərar ləğv edildi ( 20359794)
-
pravda.azBıçaqlanan məktəb direktoru və katibə arasındakı məhkəmə çəkişməsi ilə bağlı qərar çıxarıldı ( 20359683)
-
pravda.azMəhkəmə 92 minlik dələduzluqda təqsirləndirilərək bəraət alan şəxslə bağlı qərar verdi ( 20359365)
-
pravda.azKafe sahibindən hədə-qorxu ilə pul tələb edən şəxslər yenidən məhkəmə qarşısında ( 20358555)