Adı açıqlanmayan ukraynalı məmur qəzetə deyib ki, “...bu, arxadan əsl bıçaq zərbəsidir”.
Başqa bir ukraynalı mənbənin sözlərinə görə, Ağ Ev rəhbərinin mövqeyində dəyişiklik onun sadəcə olaraq mümkün qədər tez sövdələşmə bağlamaq istəməsi ilə bağlıdır. Bundan əvvəl “The Washington Post” Alyaskada keçirilən Rusiya-Amerika sammitindən sonra Trampın Zelenski və Avropa liderləri ilə gərgin telefon danışığı apardığını yazmışdı.
“The New York Times” yazır ki, Amerika lideri Zelenskiyə sülh müqaviləsi bağlamaq müqabilində Donbasdakı əraziləri Rusiyaya verməyi təklif edib.
Əli Babayev