RU

Hakan Fidan Andrey Sibiha ilə Alyaska görüşünü müzakirə etdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın XİN rəhbəri Andrey Sibiqa ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutmuş danışıqlar müzakirə olunub.

Fidan söhbət zamanı “dayanıqlı sülhün yalnız Ukraynanı əhatə edən prosesin reallaşdırılması ilə mümkün ola biləcəyini” vurğulayıb.

Nazir əlavə edib ki, Türkiyə sülhə nail olmaq üçün diplomatik səyləri dəstəkləməyə davam edəcək və bu prosesə öz töhfəsini verməyə hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
66
50
globalinfo.az

10Источники