RU

KİV: Tramp ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini nəzərdən keçirmir

ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenski və Avropa liderləri ilə Kiyev üçün mümkün təhlükəsizlik təminatları ilə bağlı müzakirələr zamanı ABŞ qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi məsələsini nəzərdən keçirməyib.

"Report" xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, danışıqlar mahiyyətcə NATO öhdəliklərinə oxşar təminatlardan gedir.

Telefon danışıqları zamanı Rusiya ilə mümkün razılaşmanın tərkib hissəsi kimi Avropa və Amerika təhlükəsizlik zəmanətləri müzakirə olunub.

Bundan əvvəl Trampın avropalı müttəfiqləri ilə NATO prinsipləri əsasında Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etdiyi bildirilirdi.

Избранный
97
50
report.az

10Источники