RU

Ayaqdakı şişkinliyi yox edən 6 üsul Həkim açıqladı

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Ayaqlarda şişkinlik həm xəstəliklərin simptomu, həm də sağlam insanda fizioloji vəziyyət ola bilər.

Milli.Az bildirir ki, həkim-terapevt Nadejda Çernışova life.ru-ya verdiyi açıqlamada bildirib ki,  Əgər şişkinlik davamlı və ya tez-tez yaranırsa, bu ürək çatışmazlığı, varikoz xəstəliyi, böyrək problemləri (üzdə şişkinliklə müşayiət olunan), qalxanabənzər vəzi xəstəlikləri, allergik reaksiyalar və ya travmaların nəticəsi ola bilər. Belə hallarda əsas xəstəliyin müalicəsi vacibdir, yalnız simptomları aradan qaldırmaq kifayət deyil.

Sağlam insanlarda isə şişkinlik isti havalarda duzlu qidaların və spirtin çox qəbulu, uzun müddət oturmaq və ya ayaq üstə durmaq, narahat ayaqqabı, qadınlarda menstrual dövr və hamiləlik səbəbindən yarana bilər.

Həkim iş günündən sonra ayaqlardakı şişkinliyi tez azaltmaq üçün təsdiqlənmiş üsulları təqdim edib:

Kontrast vannalar: 2-3 dəqiqə isti su (35-37°C), sonra 30 saniyə soyuq su (18-20°C). Prosesi 5-7 dəfə təkrar edin, son olaraq soyuq su ilə bitirin. Bu qan dövranını yaxşılaşdırır.

Masaj: Ayaqdan dizə doğru masaj edin, yüngül sıxma və çimdik hərəkətlərindən istifadə edin. Mentollu soyuducu gel də tətbiq oluna bilər.

Ayaq gimnastikası: Ayaqları dairəvi hərəkətlərlə döndərin (hər istiqamətə 10 dəfə), barmaq uclarına qalxın (15-20 dəfə), "velosiped" hərəkətini arxada uzanaraq edin (2-3 dəqiqə).

Düzgün mövqe: Arxaya uzanın, ayaqları 45° bucaqla divara dayayın və 10-15 dəqiqə saxlayın.

Təbii sidikqovucular: Limonlu yaşıl çay, cəfəri dəmləməsi, quru ərik kompotu. Həkim məsləhəti olmadan dərman qəbul etməyin.

Kompresslər: Soyudulmuş kələm yarpaqları (20 dəqiqə), rəndələnmiş kartof marlaya bükülərək (15 dəqiqə).

Həkim həmçinin qeyd edib ki, qarşısının alınması üçün rahat ayaqqabı geyinmək, hər 30 dəqiqədən bir qısa hərəkət etmək, gün ərzində suyu kiçik porsiyalarla içmək, duzlu və spirtli qidaları məhdudlaşdırmaq faydalıdır.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
19
news.milli.az

10Источники