RU

"Barselona" "Malyorka"nı darmadağın etdi

"Barselona" futbol üzrə İspaniya çempionatının yeni mövsümünə "Malyorka"nı darmadağın edərək, böyük hesablı qələbə ilə başlayıb.

"Ölkə.az" xəbər verir ki, "Malyorka Son Moix" stadionunda keçirilən görüş 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Artıq 7-ci dəqiqədə Rafinya katalonları hesabda irəli çıxarıb. 23-cü dəqiqədə Ferran Torres ikinci qolu vurub. "Malyorka" ikinci hissə boyu 9 futbolçu ilə oynayıb: Manu Morlanes 24 və 33-cü dəqiqələrdə iki sarı vərəqə alıb, Vedat Muriqi isə 39-cu dəqiqədə meydandan qovulub. Yekun nəticə 90+4-cü dəqiqədə Lamin Yamal tərəfindən müəyyən edilib.

Ötən il "Barselona" 38 matçda 88 xal toplayaraq "Real Madrid"i 4 xal qabaqlayaraq ölkə çempionu olub.

Избранный
77
50
olke.az

10Источники