RU

Rusiya Donetskə 100 min əsgər toplayıb - Ekspert

Hazırda bütün toqquşmaların üçdə biri məhz Pokrovsk şəhərində qeydə alınır. Hazırda da Rusiya tərəfi Donetsk vilayəti istiqamətində 100 min əsgər yerləşdirib.

Sitat.nifo xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Sergey Qrabski bildirib.

Onun sözlərinə görə, bu çox güclü bir təzyiqdir və ona görə də hazırda Pokrovsk istiqamətində vəziyyət daim gərgin olaraq qalır.

“Ukrayna hərbçiləri mövqelərini qoruyur və panikaya düşmürlər. Döyüşlər müxtəlif istiqamətlərdə davam edir. Rusiya ordusu ərazidə texnika tətbiq edə bilmir. Ona görə də bunu kiçik piyada qruplarını istifadə etməklə əvəz etməyə çalışır. Bu əslində “sızma taktikasıdır”. Biz məhz bu sızmalara qarşı mübarizə aparırıq.

Hazırda əməliyyatları davam edir və qarşı tərəf Pokrovsk istiqamətində sözün əsl mənasında “ilişib qalıb”. Bu səbəblə həmin istiqamətdən geri çəkilmə imkanı yoxdur.

Novopavlivka və Zaparojye istiqamətlərində isə biz indiyədək məhdud miqyaslı döyüşləri müşahidə edirik.

Qısaca, hazırda Donetsk istiqaməti, xüsusilə də Pokrovskla Konstantinovka arasındakı sahə həm Ukrayna, həm də Rusiya tərəflərinin ən çox qüvvə və resurs sərf etdiyi əsas döyüş zonasına çevrilib” – deyə ekspert bildirib.

Ekspert əlavə olaraq bildirib ki, Pokrovsk şəhərini ələ keçirməyə deyil, həm də bu şəhərə aparan logistik yolları kəsmək cəhdlərinə də davam edir.

Избранный
30
37
sitat.info

10Источники