RU

Asteroid Yer kürəsinin yanından keçəcək

Ölçüsü təqribən 50 metr olan 2025 PM asteroidi avqustun 17-də Bakı vaxtı ilə saat 11:03-də Yerdən təqribən bir Ay orbiti diametrli məsafədən keçəcək. Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

2025 PM avqustun 1-də kəşf edilib və Apollon qrupuna – orbitləri Yerlə kənardan kəsişən Yerə yaxın asteroidlərə aiddir. Alimlərin fikrincə, bu, çox güman ki, uçucu maddələri olmayan qayadır.

“Planetə qeyri-adi şəkildə yaxınlaşdığına görə, göy cismi təhlükəli asteroidlər sırasına daxildir. Ümumiyyətlə, bu kateqoriyaya Yerə Ay orbitinin 10 diametrindən yaxın məsafədə yaxınlaşan cisimlər daxildir”, – hesabatda deyilir.

Qeyd edilir ki, asteroidin Yer tərəfindən tutulma ehtimalı son dərəcə aşağıdır; bu ancaq onun başqa bir göy cismi ilə gözlənilməz toqquşması nəticəsində baş verə bilər.

Q.ƏLİYEV
XQ

Избранный
14
13
xalqqazeti.az

10Источники