ain.az, Unikal.az saytına istinadən bildirir.
Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib.
"Unikal"ın məlumatına görə, məlumatına görə yazıçının nəşini onun anadan olduğu rayonun Birinci Şıxılya gətirilib.Vidadi Babanlı kənd qəbirstanığında torpağa tapşırılıb.Dənf mərasimində yazıçının ailə üzviləri,Qazax rayonun icra hakimiyyətinin nümayəndələri və ictimayət nümayəndələri işitrak edib.Xatırladaq ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fılologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.Sonradan C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.