BAKI. 17 avqust. TELEQRAF
İsrail Yəmənin paytaxtı Səna yaxınlığında Husi rejiminə məxsus enerji infrastruktur obyektinə zərbələr endirib.
Teleqraf xəbər verir ki bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum İsrail ərazisinə qarşı Husi üsyançılarının dəfələrlə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına cavab olaraq həyata keçirilib.
Bəyanatda qeyd olunub ki, İsrail ordusu İsraildən 2000 km məsafədə, Yəmənin dərinliklərində Husi terror rejimi tərəfindən istifadə olunan enerji infrastruktur obyektinə zərbə endirib. Hücumun Səna ərazisində həyata keçirildiyi bildirilib.