RU

“Mançester Yunayted” De Xea ilə danışıqlar aparır

“Mançester Yunayted” “Fiorentina”nın qapıçısı David de Xea ilə danışıqlar aparır. Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” 34 yaşlı sabiq qolkiperlərini geri qaytarmaq istəyirlər.

İspaniyalı futbolçunun müqaviləsində sərbəst qalma məbləği elə də yüksək deyil.

Avqustun 9-da keçirilən “Mançester Yunayted”lə “Fiorentina” arasında avqustun 9-da keçirilən ” yoxlama oyununda (1:1) De Xea yaxşı təsir bağışlayıb.

Qeyd edək ki, qolkiper 2011-2023-cü illərdə “Yunayted”in şərəfini qoruyub. O, bu müddət ərzində komandada 545 oyun keçirib. De Xea “Mançester Yunayted”də İngiltərə çempionu olub, Avropa Liqasını və İngiltərə kubokunu qazanıb.

Избранный
10
2
msport.az

10Источники