RU

Vidadi Babanlı dəfn olundu

Yazıçı Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, yazıçının nəşi rayonun Birinci Şıxılı kəndinə gətirilib.

Daha sonra Vidadi Babanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dənf mərasimində yazıçının ailə üzviləri, Qazax rayonun icra hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.

Избранный
53
18
demokrat.az

10Источники