Qlobal istiləşmə insan beyninə ciddi təsirlər göstərir. Araşdırmalara görə, istilik dalğaları beyin funksiyalarını zədələyir, nevroloji xəstəliklərin gedişatını ağırlaşdırır.
Mütəxəssislər bildirirlər ki, artan temperatur epilepsiya, insult, ensefalit, miqren, skleroz və digər xəstəliklərin simptomlarını gücləndirir.2003-cü ildə Avropada və 2022-ci ildə Böyük Britaniyada baş verən istilik dalğaları zamanı ölümlərin təxminən 7%-i birbaşa nevroloji problemlərlə bağlı olub.
Beyin hüceyrələri temperatur dəyişikliyinə son dərəcə həssasdır. Ən kiçik istilik artımı belə neyronların fəaliyyətini poza və qərarvermə qabiliyyətini zəiflədə bilər. Araşdırmalar göstərir ki,isti havada insanların daha əsəbi, aqressiv və depressiyaya meyilli olur. İnsult və ölüm hallarının artdığı da sübut olunub.
Xüsusilə yaşlılar və xroniki xəstəlikləri olanlar risk altındadır. Hamilə qadınlar üçün də təhlükə mövcuddur: aparılan elmi təhlillərə əsasən, isti havavaxtından əvvəl doğuş riskini 26% yüksəldir . Bu isə körpələrdə zehni inkişaf problemlərinə səbəb ola bilər.
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, istiliyin təsiri iləqan-beyin baryeri zəifləyir və virusların beyinə keçməsi asanlaşır . İqlim dəyişikliyi ilə əlaqədar ağcaqanadların çoxalması "Zika" və "Denqu" kimi nevroloji fəsadlara səbəb ola biləcək virusların yayılmasını sürətləndirir.
Elm adamlarının qənaətinə görə, beynin istiliyə həssaslığı hələ tam öyrənilməyib. Bununla belə, artıq məlumdur ki, qlobal istiləşmə xəstəlikləri artıracaq, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə daha ağır nəticələr doğuracaq.
BMT baş katibi Antonio Quterreşin təbirincə, “Qlobal istiləşmə dövrü başa çatıb, qlobal qaynamanın dövrü başlayıb...”.
M. Həsənli
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта