İngiltərə Premyer Liqasının birinci turunun "Brayton" - "Fulhem" matçı zamanı azarkeş vəfat edib.
"Unikal" bu barədə BBC-yə istinadla xəbər verir.
Məlumata görə, oyun zamanı "Brayton" azarkeşinin halı pisləşib. 72 yaşlı kişi həkimlərin hadisə yerində göstərdikləri səylərə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İngiltərə Premyer Liqasına avqustun 15-də start verilib.