"İmişli" - "Turan Tovuz" matçı (0:1) qonaqların futbolçusu Filip Ozobiç üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı oyunçu Premyer Liqada 200-cü oyununu keçirib.
O, bu görüşdə eyni zamanda yeni komandasında debüt edib.
F. Ozobiç bu qarşılaşmalarda 66 qol vurmağı bacarıb.
Qeyd edək ki, Ozobiç çempionatın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudur.