Müğənni Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum olub.
AzNews.az Milli.Az-a istinadən xəbər verir ki, o, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.
Sayt bildirir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.
Həmin iş adamının yaxınlarının Rəqsanə İsmayılovaya 520 min dollar pul verdiyi deyilir.
Lakin 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.
Bildirilir ki, həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova polis əməkdaşları tərəfindən tutulub.