RU

Alyaska sammitindən sonra Ukraynanın iki mümkün taleyi- SENSASİYA

"Wall Street Journal" (WSJ) Alyaska sammitindən sonra Ukraynanın gələcəyi ilə bağlı iki əsas ssenari təqdim edib.



Referans xəbər verir ki, birinci ssenariyə görə, Ukrayna dövlət kimi qalacaq, lakin ərazi baxımından kiçildilmiş formada, eyni zamanda təhlükəsizlik zəmanətləri əldə edəcək.



WSJ qeyd edir ki, həm Kiyev, həm də onu dəstəkləyən Avropa faktiki olaraq Rusiyanın bəzi ərazilərə nəzarətini qəbul etməyə hazır ola bilər, baxmayaraq ki, bu, rəsmi şəkildə beynəlxalq səviyyədə tanınmayacaq. Nəticədə konfliktin yekunu 1953-cü ildə Koreya müharibəsinin sona çatması ssenarisini xatırlada bilər – Cənubi Koreya Qərb tərəfindən qorunub saxlanıldı.



İkinci ssenari Ukraynanın həm ərazilərini, həm də suverenliyini itirməsi və Rusiyanın təsiri altında qalmasıdır.



WSJ bildirir ki, bu halda yalnız cənub və şərq bölgələrinin itirilməsi deyil, həm də ölkənin “Rusiya protektoratı”na çevrilməsi mümkün olacaq ki, bu da faktiki kapitulyasiyaya bərabər sayılır.(musavat.com)

Избранный
81
50
referans.az

10Источники