Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda "Sumqayıt" "Kəpəz"i qəbul edib.
“İki sahil”in məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün 14-cü dəqiqəsində Rüstəm Əhmədzadə hesabı açıb. 26-cı dəqiqədə Aleksandr Ramalinqom meydan sahiblərinin üstünlüyünü iki topa yüksəldib. 38-ci dəqiqədə “Sumqayıt”ın futbolçusu Aleksa Yankoviç adını qol vuranlar siyahısına yazıb – 3-0.
Yarış bu hesabla da başa çatıb.
Xatırladaq ki, “Sabah” - “Qarabağ” yarışının təxirə salındığı ilk tura avqustun 19-da “Zirə” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
17 avqust (bazar)
20:30. “Sumqayıt” 3–0 “Kəpəz”
Qollar: Rüstəm Əhmədzadə, 14; Aleksandr Ramalinqom, 26; Aleksa Yankoviç, 38
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”