RU

Arıqladıqdan sonra çəki idarə etmək üçün 5 məsləhət

Pis qidalanma, fiziki aktivliyin olmaması, genetik faktorlar, hormonal balanssızlıqlar kökəlməyə səbəb olan amillərdəndir. Mütəxəssislərin fikrincə, hətta ideal çəkisinə çatanlar belə, inkişaf etdirdikləri bəzi vərdişləri qoruyub saxlamalıdırlar. Arıqladıqdan sonra çəki idarə etmək üçün 5 məsləhət...

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ardıcıllıq arıqlamaq üçün olmazsa olmazdır. Sağlam qidalanma və idmanla ideal çəkilərinə çatanlar, inkişaf etdirdikləri müəyyən vərdişləri qorumalıdırlar. Bir çox mütəxəssis “indi arıqlamışam, nə istəsəm yeyə bilərəm” düşüncəsinə qapılmamağı məsləhət görür. Çəki idarə etmək üçün bu amilləri nəzərdən qaçırmayın:

1. Tərəziyə deyil rutinə fikir verin
Həftədə bir dəfə, eyni gündə və eyni vaxtda çəkin.
Hər gün özünüzü çəkin, motivasiya əvəzinə stress yarada bilər.
2. Köhnə qidalanma vərdişlərinizə qayıtmayın
Arıqladıqdan sonra da sağlam qidalanma rejimini qoruyun.
Tam taxıllar, tərəvəzlər, meyvələr və kifayət qədər proteinlə zəngin bir pəhriz yeyin.
3. Porsiyaya nəzarət vacib
Daha kiçik boşqabların istifadəsi porsiya məlumatlılığını artırır.
4. Məşq etməyi dayandırmayın
Həftədə ən azı 3-4 gün gəzin, üzün, velosiped sürün və ya sevdiyiniz idmanla məşğul olun.
Lift əvəzinə pilləkənləri seçin və qısa məsafələrə maşın sürmək əvəzinə piyada gedin.
5. Qidalanma gündəliyi
Qida gündəliyi tutun və ya ağıllı tətbiqlərlə qida qəbulunuzu izləyin.
Hədəflərinizi xatırlatmaq üçün motivasiya lövhəsi yaradın.
 

Избранный
27
50
ucnoqta.az

10Источники