Yazını böyüt
Yazını kiçilt
Yaxın günlərdə Təbriz-Bakı aviareyslərinin sayı artacaq.
Hafta.az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan Vilayətinin Hava Limanları Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, sentyabrın 3-dən daha bir aviaşirkət Təbriz-Bakı reyslərini yerinə yetirməyə başlayacaq. Bu uçuşlar həftənin bazar və çərşənbə günləri Təbriz Beynəlxalq Hava Limanından həyata keçiriləcək.
Xatırladaq ki, hazırda Azərbaycan Hava Yolları (AZAL) müvafiq istiqamətdə uçuşlar həyata keçirir.