RU

Çinin şimalında sel 10 nəfərin həyatına son qoyub

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki düşərgədə baş verən sel nəticəsində 10 nəfər ölüb, iki nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə avqustun 16-da Bayan Nur şəhəri yaxınlığında baş verib. Seldən sonra 13 turistlə əlaqə kəsilib. Bir nəfər xilas edilib.

Axtarış-xilasetmə əməliyyatlarında 700-dən çox fövqəladə hallar xidmətinin əməkdaşı iştirak edir.

Избранный
45
50
ucnoqta.az

10Источники