RU

İbrahim Tatlısəsin qızı mühakimə olunacaq - atasına pult atdığı üçün...


Bodrumda səhər yeməyi zamanı müğənni atası İbrahim Tatlısəsə pult atan Dilan Çıtak "silahla hücuma cəhd" maddəsi ilə mühakim olunacaq. Bu hadisədən sonra Tatlısəs əvvəlcə qızını şikayət etsə də, sonradan şikayətini geri götürüb. Buna baxmayaraq, hadisə mülki iddiaya çevrilib.

İstintaq sənədlərinə görə, Dilan Çıtak mübahisə zamanı atasını ağır şəkildə təhqir edib. Çıtak daha sonra stolun üstündəki televizorun pultunu götürərək Tatlısəsə atıb. Pult Tatlısəsə dəyməyib, lakin hadisəyə şahid olan evdə olan işçilər ifadələrində hadisəni təsdiqləyiblər.

İ.Tatlısəs şikayətini geri götürsə də, bu cür cinayətlər Türkiyə Cəza Məcəlləsinin 73-cü maddəsinə əsasən şikayətsiz də mühakimə oluna bilər. Bu səbəbdən qızı Dilan Çıtak “silahla xəsarət yetirməyə cəhd” maddəsi ilə mühakimə olunacaq.

Mətləb

Избранный
43
8
baki-xeber.com

10Источники