RU

Putin Zelenski-Tramp danışıqlarını belə "vurdu"...- Xarkovda 3 ölü, 20 yaralı...FOTO

Putin Zelenski-Tramp görüşü öncəsi yenə də Ukraynanın dinc sakinlərinin raket atəşinə tutulması əmrini verib. Rusiya hərbçiləri Xarkov industrial rayonunda çoxmərtəbəli yaşayış binasına “Şahed"lərlı hücum ediblər. Azyaşlı uşaq da daxil olmaqla insanlar ölüb. İşğalçıların hücumu nəticəsində son  məlumata görə, 3 nəfər həlak olub, daha 20 nəfər yaralanıb. 
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə mediaya şəhərin meri İqor Terexov məlumat çatdırıb.
 
"Təəssüflər olsun ki, düşmən "Şahed"i tərəfindən öldürülən daha bir nəfərin meyiti tapılıb. Ümumilikdə 3 ölü var".
 
Bundan əlavə, Bakı vaxtı ilə saat 07:24-ə olan məlumata görə, mer 6 uşaq olmaqla, 17 zərərçəkmiş haqqında yazıb. Xarkov vilayəti polisinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Xarkova endirdiyi zərbələrdən sonra 18 nəfər tibbi yardıma müraciət edib.
 
Xilasedicilər dağıntılar altından ölən oğlanın anası ola biləcək qadını çıxarıblar deyə vilayət hərbi idarəsinin rəisi Oleq Sinegubov bildirib.
 
Xatırladılır ki, Rusiya ordusu avqustun 17-də axşam saatlarında Xarkovu da ballistik raketlə vurub. Ən azı 12 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.
Избранный
60
17
moderator.az

10Источники