RU

Zelenski ABŞ-yə səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfər edib. 

Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə özünün “Teleqram” kanalında məlumat yayıb.

Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdə davamlı sülhə nail olacağına və Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyinə söz verib.

Ukrayna lideri bildirib ki, biz hamımız eyni dərəcədə bu müharibəni tez və etibarlı şəkildə bitirmək istəyirik və sülh uzunmüddətli olmalıdır.

Onun sözlərinə görə, Ukrayna 2014-cü ildə Krımı ruslara verməməli idi, necə ki, 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədilər.

Zelenski qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri hazırda Donetsk və Sumı vilayətlərində irəliləyiş əldə edir:

“Biz Ukraynanı qoruyacağıq, təhlükəsizliyə effektiv təminat verəcəyik və xalqımız həmişə Trampa, Amerikadakı hər kəsə, hər bir tərəfdaşa dəstək və əvəzsiz köməyə görə minnətdar olacaq”, - deyə siyasətçi vurğulayıb.

Zelenski bəyan edib ki, Rusiya başladığı bu müharibəyə son qoymalıdır:

“Ümid edirəm ki, Amerika ilə, avropalı dostlarımızla ümumi gücümüz Rusiyanı əsl sülhə vadar edəcək", - deyə Ukrayna lideri əlavə edib.

Daşqın Həsənov

Missiya.Az

Избранный
42
50
missiya.az

10Источники