RU

İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! – Azərbaycan isə…

  ABŞ  mərkəzli “Pew Research Center”in 23 ölkədə keçirdiyi sorğu dünyada İsrailə münasibəti ortaya qoyub. Nəticələrə görə, Türkiyə açıq fərqlə birinci yerdə qərarlaşıb.

Referans -ın xəbərinə görə, siyahı İsrail xüsusi kəşfiyyat orqanlarının təsdiqindən sonra yayımlanıb.

Belə ki, respondentlərin 84 faizi İsrailə qarşı çox mənfi, 10 faizi isə mənfi mövqedə olduğunu bildirib. Ümumilikdə 94 faizlik göstərici ilə Türkiyə İsrailə ən sərt mövqe tutan ölkə olub.

Türkiyədən sonra İspaniya və Hollandiya 57 faiz, İsveç 56 faiz, Fransa 55 faiz, Yunanıstan isə 53 faiz göstərici ilə mənfi münasibətdə ön sırada yer alıb.

Sorğu həmçinin göstərib ki, Qəzzaya hücumlar İsrailin qlobal imicinə ciddi zərbə vurub. Məsələn, Böyük Britaniyada 2013-cü ildə cəmi 11 faiz olan “çox mənfi” baxış 2025-ci ildə 44 faizə yüksəlib, ABŞ-da isə 2022-ci illə müqayisədə mənfi münasibət 11 faiz artıb.

 
Tədqiqat nəsillərarası fərqləri də üzə çıxarıb: yüksək gəlirli ölkələrdə gənclər böyüklərə nisbətən İsrailə daha sərt mövqedən yanaşır. Bu, xüsusilə Avstraliya, Kanada, Fransa, Polşa, Cənubi Koreya və ABŞ-da aydın hiss olunur. ABŞ-da gənclər İsrailə qarşı daha kəskin tənqidlər səsləndirərkən böyüklər nisbətən balanslı münasibət sərgiləyiblər.

Eyni zamanda, İsrailə müsbət münasibət bildirən ölkələr də olub. Nigeriya və Keniyada respondentlərin 35 faizi, Macarıstanda 36 faiz, Hindistanda isə 34 faiz İsrailə pozitiv yanaşdığını qeyd edib.

Diqqətçəkən məqam Azərbaycanın siyahıda ümumiyyətlə yer almamasıdır./Globalinfo.az  

Избранный
8
50
referans.az

10Источники