RU

İngiltərənin tanınmış klubunun istədiyi müdafiəçi Azərbaycan millisini seçdi?

"Sanderlend"in müdafiəçisi Dennis Çirkin Azərbaycan millisində oynaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

23 yaşlı sol cinah müdafiəçisi milli komanda seçimini Azərbaycandan yana edib.

Futbolçu ilə "Tottenhem"in maraqlandığı iddia olunur.

Dennis Çirkin İrlandiyanın Dublin şəhərində doğulub. O, "Tottenhem" akademiyasının yetirməsidir.

Müdafiəçi 2021-ci ildən "Sanderlend"də çıxış edir. Çirkin İngiltərənin U-21 millisinə də dəvət alıb. Oyunçunun atası Türkiyənin Hatay şəhərindəndir.

Избранный
28
50
sportinfo.az

10Источники