RU

Rusiya yenə SOCAR-ın Ukraynadakı terminalını vurdu

Bazar ertəsi, avqustun 18-nə keçən gecə Rusiya pilotsuz təyyarələri SOCAR-ın terminallarını və “Nova Poşta” terminalına hücum edib. Ulusal.az xəbər verir ki, bu barədə Ukrayna mediası və “Telegram” kanalları məlumat yayıb.

“Dumskaya” nəşri yazır ki, demək olar ki, bütün “Şahed” dronları eyni yerə zərbə endirib. Qeyd olunur ki, Odessanın ətraf ərazilərində güclü yanğın baş verib.

Yaşayış binalarına da ziyan dəydiyi bildirilir. Hücumun nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, avqustun 6-na keçən gecə Rusiya ordusu Odessadakı SOCAR-ın neft bazasına da “Şahed” PUA-ları ilə hücum etmişdi.

Избранный
81
50
moderator.az

10Источники