BAKI, 18 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 463,8 milyon manat pul xərcləyib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artıb.
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12,7 faizi bu kateqoriyanın payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə isə geyim məhsullarına, ümumilikdə, 9 milyard 48,4 milyon manat xərclənmişdi.
Əlavə olaraq onu da bildirək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 77,1 milyon manatlıq geyim istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz azalma deməkdir.