RU

“Elmlər Akademiyası” metrosu qarşısında piyadalar üçün yeni svetoforlar quraşdırıldı

“Elmlər Akademiyası” metro stansiyasının qarşısında piyadaların təhlükə ilə üzləşdiyi kəsişmədə svetoforlara piyada bölmələri quraşdırıldı.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxt yollarında monitorinqlər keçirilərək zəruri hissələrin yeni svetofor və bölmələrlə təmin edilməsi işləri davam etdirilir. Növbəti tədbirlər zamanı Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində 2 ədəd svetofora yeni piyada bölmələri quraşdırılıb. Bununla da, metronun “Elmlər Akademiyası” stansiyasından istifadə edən şəxslərin daha çox üstünlük təşkil etdiyi bu kəsişmədə piyadalar üçün təhlükəli vəziyyətin yaranmasının qarşısı alınıb.

Həmçinin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində də 2 ədəd əlavə dirəklər olmaqla, 4 ədəd piyada svetoforu quraşdırılıb.

Избранный
234
13
teleqraf.com

10Источники