RU

Qızılın qiyməti bahalaşıb

Qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 0,55% artaraq 3 401.20 ABŞ dollarına bərabər olub. Bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasında  qeyd olunub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,70% artaraq 38.74 ABŞ dolları olub.

2024-cü ildə ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

Cari ilin iyununda Azərbaycan 22,97 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 81,4 % çoxdur.

6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin II rübündə 15,8 ton qızıl alıb.

Fonddan verilən məlumata görə, 1 iyul tarixinə investisiya portfelində qızılın xüsusi çəkisi 28,8%-ə çatıb. Bu göstərici aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur.

Artım həm qızıl alışları, həm də beynəlxalq bazarlarda qiymətlərin yüksəlməsi ilə izah olunur.

Aytac Zeynalova

Избранный
76
2
anews.az

10Источники