RU

Ötən il nə qədər körpə ölüb?

2024-cü ildə ölkədə 549 körpə ölü doğulub.Bu barədə Dövlət Statistika komitəsinin məlumatlarında qeyd olunub.

Ötən il  perinatal dövrdə  ölənlərin sayı 1 319 döl təşkil edib.

Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir.

Ötən il üzrə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır.

Eyni zamanda ötən il Azərbaycanda 29 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

2023-cü ildə perinatal dövrdə ölənlərin sayı 1 837, körpə ölümü 2039, ana ölümlərinin sayı isə 33 olub.

Избранный
48
47
anews.az

10Источники