RU

Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkəsir vilayətinin Sındırgı bölgəsində 18 avqust 2025-ci il tarixində səhər saatlarında ard-arda iki zəlzələ qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkan Rixter şkalası üzrə 3,9 bal gücündə olub. Zəlzələnin ocağı yerin 5,45 kilometr dərinliyində yerləşib.

Bundan qısa müddət sonra eyni bölgədə ikinci zəlzələ baş verib. Bu təkanın maqnitudası 3,5 bal, dərinliyi isə 5,25 kilometr olaraq ölçülüb.

Hazırda bölgədə hər hansı dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Избранный
34
23
manset.az

10Источники