RU

Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur - SN

Bakı.Trend:

Respublika Qan Bankının icraçı direktorunun müavini AfətZeynalova qan donorluğu ilə bağlı müsahibə verib.

Trendmüsahibəni təqdim edir:

- Qan donorluğundan kənarlaşdırmaya səbəb olanhallara nələr daxildir?

- Qan donorluğu həm tibbi, həm də sosial baxımdan sondərəcə önəmli prosesdir. Donor olmaq insan sağlamlığınıdəstəkləməklə yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesintəhlükəsizliyi müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir. Eləbu baxımdan, donorların daimi və ya müvəqqəti şəkildə qanvermədənkənarlaşdırılması beynəlxalq standartlara əsasən həyatakeçirilir.

Daimi kənarlaşdırma halları arasında İİV (QİÇS),sifilis, hepatit B və C kimi yoluxucu xəstəliklər, bəzi onkoloji vəirsi qan xəstəlikləri, şəkərli diabetin insulinə bağlı forması,ağır ürək-damar, qaraciyər, böyrək və sinir sistemi xəstəlikləriyer alır. Bu kimi göstərişlər olduqda, donorluğa icazəverilmir.

- Hansı hallarda donorlar müvəqqəti olaraqqanvermədən uzaqlaşdırılır və bu müddət nə qədər davamedir?

- Bəzi hallarda donorlar sağlamlıq göstəricilərinəgörə müvəqqəti olaraq qanvermədən uzaqlaşdırılırlar. Kəskinrespirator xəstəliklərdə bu müddət adətən 2–4 həftə olur. Canlıvaksinlərdən sonra donor 48 saatdan 4 həftəyədək gözləməlidir.Cərrahi əməliyyatlardan sonra bu müddət 1 ilə qədər davam edir.Doğuşdan sonra qadınlar üçün təqribən 12 aylıq fasilə tövsiyəolunur.

Malyariya riski olan ölkəyə səfər etmiş şəxslər üçünkənarlaşdırma 1–3 il, əvvəlki il ərzində qan və ya qan komponentiqəbul etmiş donorlar üçün isə ən az 12 ay davam edir. Məqsəddonorun tam sağlam vəziyyətdə yenidən qanverməyə qayıtmasını təminetməkdir.

- Qanvermə orqanizmdə hansı fiziolojidəyişikliklərə səbəb olur?

- Donor bir qanvermə zamanı orqanizmdəki ümumi qanhəcminin təqribən 8–10%-ni verir. Bu, təhlükəsiz olmaqla yanaşıbədəndə regenerasiya proseslərini sürətləndirir.

Qan hüceyrələrinin yenilənməsi sümük iliyininaktivləşməsi ilə nəticələnir, immun sistem güclənir, plazma tərkibitəzələnir, toksinlərin xaric olunması sürətlənir. Bundan başqa,dəmir mübadiləsinin normallaşması sayəsində ürək-damar sistemininyüklənməsi azalır.

- Qanvermə zamanı və sonra donorun vəziyyətiilə bağlı hansı xoşagəlməz hallar müşahidə ediləbilər?

- Qanvermə prosesi ümumiyyətlə təhlükəsizdir. Bəzəndonorlar əməliyyatdan sonra yüngül başgicəllənmə, zəiflik,ürəkbulanma hiss edə bilərlər, lakin bu hallar qısa müddət ərzindəkeçib gedir. Bunun qarşısını almaq üçün donor qanvermədən əvvəldüzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidir, qanverdikdən sonra isə 10–15 dəqiqə istirahət etməlidir.

Səhiyyə Nazirliyinin Respublika Qan Bankında butəcrübələr peşəkar heyətin nəzarəti ilə həyata keçirilir.

- Qanvermənin ürək-damar və maddələrmübadiləsinə təsiri nədən ibarətdir?

- Qanvermə qan viskozluğunu azaldaraq damarlar üzrədövranı yaxşılaşdırır, hipertoniya və damar tıxanıqlığı riskiniazaldır. Bundan əlavə, artıq dəmirin orqanizmdən çıxarılmasıoksidativ stresin qarşısını alır, beləliklə infarkt və insultriskini əhəmiyyətli dərəcədə azaldır. Metabolik proseslərinnormallaşması nəticəsində piylənmə və tip 2 diabetin yaranma riskidə azalır.

- Qanvermə ürək-damar və maddələr mübadiləsisistemlərinə hansı müsbət təsirləri göstərir?

- Donorluq qan qatılaşmasını azaldır, damar sistemindədövranı yüngülləşdirir, habelə qanın damar divarlarına göstərdiyitəzyiqi zəiflədir. Bu isə, öz növbəsində, hipertoniya və damartıxanıqlığı riskini azaldır.

Elmi tədqiqatlar göstərir ki, müntəzəm qan verənşəxslərdə infarkt və insult riski 30-40% aşağı olur. Bundan əlavə,orqanizmdə artıq dəmir yığıldıqda, oksidativ stres yaranır. Bu daürək-damar sisteminə zərər verir. Qanvermə bu artıqlığın qarşısınıalaraq damar sağlamlığını qoruyur. Maddələr mübadiləsininnormallaşması sayəsində piylənmə və tip 2 diabetin yaranma riski dəazalır.

- Qanverən şəxslər üçün prosesin psixolojiüstünlükləri varmı?

- Donorun həyat xilas etdiyini bilməsi ona mənəvirahatlıq, özünəinam və sosial faydalılıq hissi verir. Bu isəstresin azalmasına, psixoloji rifahın yüksəlməsinə səbəb olur.Ümumilikdə qan donorluğu cəmiyyətin sağlamlıq sabitliyininqorunmasında mühüm rol oynayır. Təcili əməliyyatlar, doğuşlar, yolqəzası qurbanları, onkoloji və irsi qan xəstəlikləri olan şəxslərüçün qan həyati əhəmiyyət daşıyır.

Qan ehtiyatının sabit olması Səhiyyə Nazirliyinəfövqəladə hallarda operativ qərar qəbul etməsi üçün daha genişimkanlar açır.

Избранный
45
50
az.trend.az

10Источники