RU

Naxçıvanda ötən həftə 9 yanğın hadisəsi qeydə alınıb

Ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 9 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, Şərur rayon Mahmudkənd kəndində ot bağlamalarında, Şahbuz şəhərində, Sədərək rayonu Sədərək kəndində, Babək rayon Nehrəm Qəsəbəsində həyətyanı sahələrdə, Şərur rayon Daşarx kəndində yardımçı tikilidə, Şərur rayon Axaməd kəndində fərdi yaşayış evində, Naxçıvan şəhərində quru otluq sahədə və məişət tullantısı qutusunda yanğın hadisələri baş verib.

Eləcə də, mənzildə bağlı qapı arxasında qalan 1 nəfər, liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub və 1 avtonəqliyyat qəzası faktı üzrə əməliyyatı keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Избранный
4
50
xalqqazeti.az

10Источники