RU

Çində daşqın nəticəsində 10 nəfər ölüb

Çinin şimalında baş verən daşqın nəticəsində 10 nəfər ölüb, iki nəfər itkin düşüb. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bayannur şəhəri yaxınlığında baş verib. 

Bildirilib ki, əraziyə 700-dən çox xilasedici göndərilib, bu saatadək sadəcə bir nəfərin xilas edildiyi qeyd olunub.

Qeyd edək ki, düşərgə quran 13 nəfər qəfil gələn daşqın sularına qərq olub.

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
38
50
missiya.az

10Источники