Çinin şimalında baş verən daşqın nəticəsində 10 nəfər ölüb, iki nəfər itkin düşüb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bayannur şəhəri yaxınlığında baş verib.
Bildirilib ki, əraziyə 700-dən çox xilasedici göndərilib, bu saatadək sadəcə bir nəfərin xilas edildiyi qeyd olunub.
Qeyd edək ki, düşərgə quran 13 nəfər qəfil gələn daşqın sularına qərq olub.
Nurlana ƏhmədovaMissiya.Az