RU

Ukrayna üç hissəyə bölünəcək: bu model olacaq – Arestoviç

Ukrayna üç hissəyə bölünəcək və bu ərazilərdən biri Rusiyanın nəzarətinə keçəcək.

Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç özünün teleqram kanalında yazıb.

Arestoviç hesab edir ki, Rusiya Ukraynanın cənub və şərq bölgələrini ələ keçirə bilər.

Onun fikrincə, Ukraynanın mərkəzi hissəsi müstəqil qalacaq və Belarusa bənzər bir dövlət formasında fəaliyyət göstərəcək.

Qərb bölgələrində isə "peşəkar ukraynalılar, batalyonçular və sorosçular" öz ideyalarını azad şəkildə həyata keçirmək imkanı qazanacaqlar.

Xatırladaq ki, bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə "ərazi mübadiləsi" ideyasını sərt tənqid edib. O bu təşəbbüsü Krımın ilhaqı ssenarisinin təkrarı adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
96
50
olaylar.az

10Источники