Maliyyə Nazirliyinin apardığı monitorinq və təhlillər nəticəsində müəyyən edilmiş bitki növləri üzrə son dövrlərdə fermerlər və kənd təsərrüfatı subyektlərinin istifadə etdiyi subsidiyaların məbləği ilə həmin bitki növlərinin istehsalından əldə edilmiş məhsulların həcmi arasında uyğunsuzluqlar aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqladığı Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair
"Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub, habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb. Ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 4.1-ci bəndinə əsasən, hər sağlam buzova və balağa (camış balasına) görə 100 manat subsidiyanın ayrılmasına, damazlıq heyvanların dəyərinə müəyyən güzəştlərin tətbiq olunmasına baxmayaraq, ölkə üzrə iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı son illər, o cümlədən 2024-cü ildə azalıb", - deyə sənəddə qeyd olunub.
Nazirlik aqrar sektora subsidiya ödənişilə bağlı tövsiyyələr verib:
- Subsidiya almaq üçün müraciət edən fermer və kənd təsərrüfatı subyektlərinin potensialının dəqiq qiymətləndirilməsi üçün kənd təsərrüfatı mütəxəssislərinin yerində araşdırmalar aparması, müvafiq fermerlərin istehsal imkanlarının və keçmiş fəaliyyətlərinin (performanslarının) nəzərə alınması;
- Fermer və kənd təsərrüfatı subyektlərinin fəaliyyətlərini qiymətləndirməyə və həmin şəxslərin görəcəyi işlərin yekun nəticələrinin müvafiq sahələr üzrə strateji hədəflərlə əlaqələndirilməsinə imkan verən konkret şərtlərin müəyyənləşdirilməsi;
- Subsidiyalar üçün ayrılmış vəsait üzrə mütərəqqi monitorinq mexanizmlərinin və şərtli ödəniş modellərinin tətbiq edilməsi, sektor üzrə strateji hədəflərə və nəticələr ənail olunmadıqda, məsul şəxslərə növbəti illərdə subsidiya verilməsi imkanlarının yenidən nəzərdən keçirilməsi, yaxud subsidiyanın tam ödənilməsinin təxirə salınması, nəticəyə təsir edən amillərin aradan qaldırılması, habelə fəaliyyətinin təkmilləşdirilməsi üçün təklif və tövsiyələrin verilməsi;
- Bitkiçilik sahəsi üzrə verilmiş subsidiyalardan daha səmərəli istifadə üçün sözügedən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.17-ci bəndinə müvafiq əlavə və ya dəyişikliklərin edilməsi, habelə subsidiya vəsaitlərinin bir hissəsinin şərtli və yaxud müvəqqəti olaraq verilməsi (öncədən müəyyən edilmiş məhsuldarlıq səviyyəsinə nail olunana qədər subsidiya məbləğinin tam verilməsi və yaxud ilkin olaraq yalnız müəyyən bir hissəsi ödənilməklə, qalan hissəsinin isə nəticə göstəricilərinə uyğun real əldə edilmiş nəticələrə əsasən ödənilməsi);
- Aqrar sahədə faktiki ödənilən subsidiya və güzəştlərin ölkədə ərzaq təhlükəsizliyinə, ixrac potensialına, gəlirliliyə təsiri ətraflı təhlil olunmaqla, iqtisadi cəhətdən səmərəsiz hesab olunan subsidiya növlərinin və məbləğlərinin mərhələli qaydada azaldılması nəticəsində qalan vəsaitlərin daha səmərəli subsidiya növlərinə yönəldilməsi;
İstehsal və məhsuldarlıq üzrə əvvəlki illərin faktiki göstəriciləri ətraflı təhlil olunmaqla ortamüddətli dövr üçün strateji hədəflərin müəyyən olunması, bir sıra məhsul növləri üzrə subsidiya verilməsinin davamlı təşkil edilməməklə müəyyən olunmuş dövrü əhatə etməsi, eləcə də dövlət büdcəsinin imkanları nəzərə alınmaqla subsidiyaların mbələğinə və nəticəlilik meyarına, o cümlədən bitkiçilik və heyvandarlıq sahələrində məhsuldarlığa, həmin subsidiyalardan istifadənin kənd təsərrüfatı fermerlərinin gəlirlərinə və məşğulluğuna, ərzaq təhlükəsizliyinə, ixrac potensialına, habelə dövlət büdcəsinin gəlir və xərclərinə təsirinin aidiyyəti qurumlar tərəfindən ətraflı təhlil olunması.
- “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi (EKTİS) və digər informasiya sistemləri ilə inteqrasiya və sistemlərə çıxış imkanlarının nəzərdən keçirilməsi, sahə məlumatlarının və fermer fəaliyyətinin nəticə indikatorlarının əsas mənbəyinə çevrilməsi
- Subsidiya vəsaitlərinin istifadəsinədair ictimai hesabatlılığın artırılması, strateji məhsullar üzrəməhsuldarlıq, rentabellik vəgəlirlilik göstəricilərininaçıq formada paylaşılması
“Əkin subsidiyasının verilməsi” tədbiri üzrə:
- Hər bitki üzrəverilən əkin subsidiyanın məbləğinin göstərilməsi ilə yanaşı istehsalçıların sayının vəəkilən sahənin əlavə edilməsi;
Mövcud Qaydaya əsasən əkin subsidiyası məbləğinin 25 %-nin nağdlaşdırılması, 75 %-nin isə əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması (mineral gübrə, biohumus, sertifikatlı toxum, ting vəpestisid), torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdəmüasir suvarma sistemlərinin vədirəklərinalınması, habeləqurulması üçünistifadəolunur. Bununla əlaqədar, fermerəəkin subsidiyasından qeyd olunan istiqamətlər üçün ayrılan vəsaitin məbləğinin, həmin vəsait hesabına alınmış (mineral gübrə, biohumus, sertifikatlı toxum, ting vəpestisidin miqdarı), habelə görülmüş iş və xidmətlərin həcminin (aparılmış aqrokimyəvi analizlərin sayı vətorpaqların sahəsi, çoxillik əkmələrdəmüasir suvarma sistemlərinin vədirəklərin alınmasına vəqurulmasına çəkilən xərclər vəsayı vəs.) göstərilməsi.
“Məhsul subsidiyasının verilməsi” tədbiri üzrə:
- Hər bitki (pambıq, tütün, şəkər çuğunduru vəs.) üzrəverilən məhsul subsidiyanın məbləğinin göstərilməsi ilə yanaşı istehsalçının sayı və təhvil verilən məhsulun miqdarının əlavə edilməsi;
- Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyəəsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı iləbağlı öhdəlik götürmüş şəxslərin istehsal etdiyi və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya ayrılan məhsul subsidiyası, istehsalçıların sayı, məhsulun miqdarı barədəməlumatların əlavə olunması;
- Monitorinq göstəriciləri (indikatorlar) üzrə1 hektara düşən xərcin, habelə məhsuldarlığın kəmiyyət göstəricilərinin əlavə olunması.
“Toxum subsidiyasının verilməsi” tədbiriüzrə:
- Hər bitki üzrə verilən toxum subsidiyanın məbləğinin göstərilməsilə yanaşı istehsalçıların (toxumçu) sayının (fiziki və hüquqi şəxslər ayrı-ayrılıqda göstərilməklə) və toxumun (kiloqram) vətingin (ədəd) miqdarının (R1 vəR2 ayrı ayrılıqda göstərilməklə) əlavə edilməsi;
- Toxumçu tərəfindən toxumun və tingin fermer kartı vasitəsilə fermerə satışı “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Bununla əlaqədar olaraq, toxum subsidiyasından faydalanan fermerlərin (toxum alan) sayının da monitorinq göstəricilərinə (indikatorlar) əlavə olunması.
“Barama subsidiyasının verilməsi” tədbiriüzrə:
- İstehsal edilmiş baramanın miqdarı göstərilməklə yanaşı verilən istehsalçıların (kümçülərin) sayının əlavə edilməsi.