RU

Azərbaycanda qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Yazını böyüt
Yazını kiçilt

Avqustun 16-da və 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 qumbara, 5 tüfəng, 2 patron darağı və 203 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilir ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Избранный
35
50
hafta.az

10Источники